Modern.az

Tanınmış qiraət ustası Ağalar Bayramovla fotosöhbət

Tanınmış qiraət ustası Ağalar Bayramovla fotosöhbət

18 Fevral 2010, 12:31

Ağalar Xanlar oğlu Bayramov 16 yanvar 1954-cü ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə təhsil alıb. 1977-1979-cu illərdə Bakı Mədəni Maarif Texnikumunda özfəaliyyət dram rəhbəri ixtisasına yiyələnib. 1980-1985-ci illərdə İncəsənət İnstitutunun mədəni maarif fakültəsində təhsil alıb. Bədii qiraət ustası kimi respublikada məşhurlaşıb. 2002-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dossentidir. Ailəlidir, biq qızı, bir oğlu var.  

Orta məktəb dostlarımla birlikdə. 1976-cı il. Bakı. Soldan birinci oturan mənəm.

 

Rusiyanın Krasnoyask vilayətində hərbi xidmətdəyəm.

 

Tələbəlik illəri. Qusar. Soldan birinci mənəm. Yanımdakı isə gələcək həyat yoldaşım Şamama xanımdır.

 

Mədəni-Maarif  Texnikumunda oxuduğum vaxtlar. Sabit Rəhmanın “Xoşbəxt” əsərindəki Nəsirov obrazını oynayıram

 

1991-ci il. Oğlum Şəhriyar hələ onda sağ idi...

 

Ağdamın işğalından bir ay əvvəl Yusifcanlı kəndində çəkilib bu şəkil.  

 

Aşıq Aydın Çobanoğlu ilə birgə Maliyyə-Kredit Texnikumunda görüşümüzdən xatirədi. 1993-cü il.

 

Oğlum Nicatla Buzovnada istirahətdəyik.

 

Əminə Yusifqızı ilə birgə

...

 

2002-ci il. Mən, Məmməd Araz, Tağı Əhmədov və oğlum

. Qubanın Xınalıq kəndində.

 

Yeni Suraxanı qəsəbəsində. Yeni məscidin açılışında. Ulu öndərlə çəkilən xatirə şəkli

.

 

Yaşar Nuri və oğlum Nicat

.

 

Görkəmli sənətkarımız Flora Kərimovanı çox istəyirəm.

 

Türkiyənin millət vəkili Atilla Qayanın qardaşının toyunda aparıcıyam.  

 

Məclislərin birində. Məndən solda AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev və müğənni Nazpəri Dostəlyevadı, sağda isə teatrşünas İlham Rəhimlidi

 

Mən, oğlum, aşıq Ədalət Nəsibov və şair Akif Səməd. Bu, şəkil Akif Səmədin ölümündən 15 dəqiqə əvvəl çəkilib. Çox əziz şəkildi mənə...

 

Qızımın toyunda...

 

Aşıq Zülfiyyə, Aşıq Vüqar və mən.

 

Qobustanda Almaz İldırımın xatirə gecəsi. 2008-ci il.

 

Beyləqan. “N”saylı hərbi hissədə əsgərlər qarşısında çıxış edərkən.

 

Aybəniz Haşımova, Qədir Rüstəmov və mən.

 

Quba. məşhur Xınalıq kəndi. Ailə üzvlərimlə birlikdəyəm.

 

Balıq tutmaq mənə zövq verir...

 

Alma-Ata şəhəri. Mən, Fədayə Laçın, bir dostumuz və Ədalət Dəlidağlı

 

Soldan: Əbdül Mahmudov,

Rasim Balayev,

müğənni Cəvahir Abdulova və mən.

 

Göyçay. Əli Kərimin məzarı önündə.  

 

Belçika, Brüssel şəhəri. DAK-ın qurultayından çıxıb dostlarımla xatirə şəkili çəkdirdim.

 

Şair dostum Əjdər Olla Novxanıdayıq.

 

2007-ci il. Almaniyanın Köln şəhərindəyik. Sabir Rüstəmxanlı, Şəmistan Əlizamanlı və mən.

 

İstirahətdə çəkdirdiyim şəkillərdən biri.

 

Mənim üçün maraqlı şəkildi.

 

Bu da belə bir ömürdür...

 

İsmayıllı, Buynuz kəndi. Şair Musa Yaqubla.

 

Şəkil Çingiz Aytmatovla birlikdə olduğumuz tədbirdə çəkilib. 2008-ci il 25 fevral.

 

Oğlumla Qubada istirahətdəyik. 2009-cu il.

DAK-ın tədbirində. Zəlimxan Yaqubla birlikdə

...

 

İki əzizim-nəvəm və həyat yoldaşım Şamama xanım

.
 

Gəncədəki Xan bağında həyat yoldaşımla birgə...

 

55 yaşımı nəvələrim Gülnur və Gülcanla birgə qeyd etdim.

 

Xoşuma gələn son şəkillərimdəndir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı