Təxminən 14-15 yaşım olar. Bu yaş dövründə siz məni belə, tanıya bilərsiniz. Çox romantik, hər bir gözəl xanıma vurulan cavan oğlan.
| Atamın qanı qaralıb burda, deyəsən pianonu kökləyən naşı idi. Alma yeyərək, gözləyirəm ki, o işini qurtarsın mən məşqə başlayım. |
| Ədəbiyyat və tarixi həmişə sevmişəm. Fizika və riyaziyyat fənnlərində isə problemlər yaşamışam, atam da kömək edir. | 
| Gördüyünüz kimi, uşaq vaxtı da çox "simpatiçni" oğlan olmuşam... |
| Atamla Moskvada olarkən. Ata-bala nəsə maraqlı söhbət edirik... |
| Burada isə məşq edirəm. Musiqi ilə məşğul olduğum kimi, fiziki məşqlə də məşğul oluram. 
| Bu foto zarafatla çəklilib. Şəklin adı şənbədir. Çünki əlimizi burnumuza bu cür soxanda, deyirlər ki, şənbədir ki, sən belə şey edirsən. Guya ki, şənbə günü belə şey olar. |
| Balaca bacımın oğlu Emin. Dayı-bacıoğlu bir arada... |
| Anam telefonla danışmağı çox sevirdi. Zarafatla çəkilən fotolardan biri... |
| Atam süfrə arxasında... |  | Nəyisə dərindən düşünürümsə əllərimi bu cür çarpazlamağı xoşlayıram. |
 | Görkəmli bəstəkar Tofiq Quliyevlə konsert zamanı... |
| 1968-ci ildə birinci mükafat almağım münasibətilə gözəl xanımlardan biri məni təbrik edir. |  | Bu bizim ailəmizdir. Atam Şəmsi Bədəlbəyli, sağdan 3-cü anam, əmim Əfrasiyab Bədərbəyli - soldan birinci və xalalarım. |
| Qara Qarayevlə dəniz qırağında... Yenə də ortaq marağımız və sevgimiz olan musiqi haqqında müzakirə edirik. | 
| 1968-ci il, birinci mükafatımı alıram. İlk mükafatım, ilk uğurum... |
| Maestro Niyazi ilə konsertdir. Yaman məğrur dayanmışam... |
| Maestro Niyazi ilə zarafatlaşırıq... | Mən, bəstəkar Paxmutova və Polad Bülbüloğlu. 1980-ci il. |  | Məşhur rəssam Elbəy Rzaquliyevlə birgə. Bizim hər ikimiz dövlət mükafatı alırıq... |  | Çox kədərli bir fotodur. Rafiq Hüseynov, mən, Arif Babayev,Famil Mehdi. Ağdamın axrıncı günləri... |
| Polad Bülbüloğlu ilə zarafat edirik. Zarafatımızın nə olduğunu sizə deyə bilmərəm. Çünki bu sirdir. Belə şeyləri açmaq olmaz. |
| Almaniyada qızım Dilarə və həyat yoldaşım Nailə xanım. Qızımın adını özüm qoymuşam. |  | Bu Amerikada Nyuport festivalı zamanı çəkilmiş bir şəkildir. Qollarımı bu cür açmaqla yəqin ki, "nə gözəldir bu gün, nə gözəldir aləm" demək istəyirmişəm. |  | Rəhmətlik Heydər Əliyev deyəsən mənə deyir ki, "sən nə yaman kökəlmisən!"...
| Burada isə Siyavuş Kərimiyə mən nəsə deyirəm. Yadımda deyil, indi özümə də maraqlıdır ki, görəsən əllə-qolla nə deyirəm? |
| Rusiyanın mədəniyyət naziri, Polad Bülbüloğlu və mən. Moskvada Azərbaycan günlərini müzakirə edirik. |
| Dahiyanə bir duruşla fikirə getmişəm... |
| 60 illik yubileyimin konsertidir. Deyəsən razı qalmışam. Çox məmnunluqla gülümsəyirəm. |
| 60 illiyimdə konsert zamanı... |
| Rus şairi, dostum Andrey Dementyev Azərbaycana gəlib, mən orada çıxış edirəm.
|  | Konsertlərimdən birində... Birdən emosiyalara qapılaram və yalnışlıq olar deyə, diqqətimi yalnız notlara yönəldirəm. Çox gərginəm. |
| Dəyərli xatirədir... |
| Rostropoviçlə konsertdən... |
| Rostropoviçə burada qılınc bağışlayıram. Vuruşmaq döyüşmək, kəsmək mənlik deyil. Amma Rostropoviç vuruşan idi... |
| Heydər Əliye Rostropoviçə təqdim olunan qılınca baxır. Deyəsən qılıncın kefiyyətini müzakirə edirik. Kişi yaman baxır… |
 | Bu da konsertlərin birindən xatirədir. Görünür beynimdə yenə də hansısa bir musiqini analiz edirəm. |
| Dirijor Rauf Abdullayevlə konsert zamanı... |
| Yazıçı Çingiz Abdullayev çox yaxın dostumdur. Ən çox bəyəndiyim əsəri “Mavi mələklər”dir. |
| Türk dünyasının məşhur yazıçısı Oljas Süleymanovla görüşümüzdən bir xatirə şəkli... |
| Polad Bülbüloğlunun yubileyi. Oynayırıq.. Mahnının ritmi belədir “rəm dara ray-ray"... Ay Allah, rəqsin adını xatırlamdım. |
| Polad məndən daha aktivdir. Poladla mən 5 yaşımdan dostuq. Zarafat deyil… |
| Alim də mənim dostumdur. Onunla tez-tez qastrol səfərlərində bir yerdə oluruq. Görünür ikimizin də kefi kökdür.. |
| Dostum Akif İslamzadə ilə müzakirə aparırıq. |
| Murad Adıgözəlzadənin atası Zöhrab Adıgözəlzadə. Gözəl pianoçu. Heyif ki, tez rəhmətə getdi... |
| Qəbələdə festivalı zamanı. Murad Adıgözəlzadə, balaca qızı və mən. Fürsətdən istifadə edib təbiətin qoynuna çəklimişik. Gərək fotoda dinamika olsun da.. |  | Vasif Adıgözəlovla qonaqlıqların birindəyik... |
| Tahir Salahovla haradasa bir görüşdür. Tarixi, məkanı dəqiq xatırlamıram. |
| Bu da sevdiyim şəkillərdəndir. Tamara Sinyavskaya, Müslüm Maqomayev, Xuraman Qasımova, Polad Bülbüloğlu və mən. Bu şəkil Filarmoniyada "Bülbül müsabiqəsi" zamanı çəkilib. |
| Polad Bülbüloğlu, mən və Rusiyanın məşhur jurnalisti Mixail Qusman... |
| Timuçin Əfəndiyevlə birlikdə Vyanadayıq. |
| Dirijor Yaşar İmanov və mən. |
| Neft Akademiyasında rektor Siyavuş Qarayevlə görüş. |
| Bu şəxs Rusiyanın tanınmış şairi Andrey Dementyevdir. Onun əsgər haqqında bir şeiri var ki, xüsusi ilə sevirəm. Oğlunu itirmiş əsgər anası sənədli filmə baxarkən oğlunu görür. Birdən qışqırır ki, "uzan-uzan, vurarlar səni!". Çox təsirli bir şeirdir. Bu şair Azərbaycanın dostudur. Nizami Gəncəvinin 1990-cı ildə yubileyi olanda heç kim gəlmədi, yalnız o gəldi. Çox etibarlı dostdur. |
| Elçin Əfəndiyev və mən. |
| Miniatür kitablar muzeyində... |
| Burada isə dostum Siyavuş Kərimi ilə birgə... |  | Qızım Dilarədir. Toy məclisindəyik. O, mənim fəxrimdir. |
| Vyanada, Dunay parkı, Uzeyir Hacıbəylinin 125 illik yubileyi. Yanımdaki xanım isə bizim müəlliməmizdir. Gözəl xanımların yanında olmağı həmişə sevirəm... | Bura Göygöldür. Sözlə ifadə edilməyən anlarım... |  | Məşq zamanı... Görünür məşq zamanı gərgin olmadığım vaxtlar da olur, gülməyə də imkan tapıram... |
| Yerli telekanallardan birinə müsahibə verirəm... |
| Mərdəkanda kimsəsiz uşaqların orkestri. Biz onlara sposurluq edirik... |
|
| 6-cı məktəbdə qızlarla görüş. Qız uşaqlarını çox istəyirəm. Hayıf ki, hələ nəvəm yoxdur. Deyəsən qarşılıqı gülüş paylaşırıq |
| Bülbülün büstünün açılış mərasimidir. Cənab Prezident də buradadır. Nitq söyləyirəm... |  | Prezident "Cazklub"a gəlir. Mən də onu qarşılayıram. |
|
|
|
| Modern.az portalı ilə FOTOSÖHBƏT-dən bir neçə məqam. |
|
|
Modern.az |