Modern.az

Mayk Pens prezidentlik yarışından çəkildi

Mayk Pens prezidentlik yarışından çəkildi

29 Oktyabr 2023, 14:36

Amerikanın keçmiş vitse-prezidenti Mayk Pens ölkədəki seçki yarışında iştirakını dayandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Las-Veqasda çıxışı zamanı bildirib.

 

Pens vurğulayıb edib ki, mühafizəkar dəyərlər uğrunda mübarizəni heç vaxt dayandırmayacaq.

 

“Mən ölkədəki hər bir seçkili vəzifəyə prinsipial Respublikaçı liderləri seçmək üçün mübarizəmi heç vaxt dayandırmayacağam. Həmişə bunun qeyri-bərabər döyüş olacağını bilirdik. Amma heç nəyə peşman deyiləm”, - keçmiş vitse-prezident qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi