Modern.az

Mənsum İbrahimovla FOTOSÖHBƏT

Mənsum İbrahimovla FOTOSÖHBƏT

Fotosöhbət

3 Noyabr 2015, 10:13

Modern.az saytı  xalq artisti, muğam ustadı Mənsum İbrahimovla FOTOSÖHBƏT layihəsini təqdim edir.

Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəyovun  anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülüb. Şövkət Ələkbərovanın məsləhəti iləAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu oynayır.

Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa edib. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər, həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində təmsil edir.

Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir.

Yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunub. Müxtəlif illərdə "Prezident mükafatı"na layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının professorudur.

Ailəlidir, 4 övladı var.


5 yaşımda qardaşımla çəkilən və mənə Ağdamlı günlərimizi xatırladan, yeganə şəkillərimdən  biri.


5 yaş və təbəssüm dolu bir foto...


Orta məktəb şəkillərindən  biri. Sinif yoldaşlarımın bəziləri ilə əlaqəmiz qalıb, bəziləri isə təəssüf ki, həyatda yoxdular... Məni də ki yəqin tanıdınız, soldan üçüncü...


1970-ci illərin daha bir şəkli. Gitaraya da marağım olub...


Burda onuncu sinif şagirdiyəm. Yanımdakı isə dayım oğludur.


19 yaşım var idi... Hərbi xidmətdən əvvəl çəkilib. Onuncu sinifi bitirib, Bakıya gəlmişdim. 1977-ci il... Dostumla Bakıda görüşdük. İndiki "İçərişəhər" metrostansiyasının qarşısıdır.


1979-1981-ci illər. Moskvada hərbi xidmətdə əsgər yoldaşlarımla o anları belə bir xatirə şəkli ilə yaddaşlara köçürdük.  


Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyan vaxtımdı. Bu şəkil ikinci kursda oxuduğum illərdə çəkilib.


1983-cü il.


1986-cı il və ilk efir. Azərbaycan Dövlət Televiziyasında Ağasəlim Abdullayevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə səhnədə çəkilən və o günü mənə hələ də unudulmayan an kimi xatırladan sevdiyim fotolarımdan biri...

Eh, gənclik, gənclik...

Xanəndə dostum Sabir Abdullayev. İndi muğam sənətini tədris edir. Onunla 1985-ci ildən bir yerdə oxumuşuq.

 

Bu da tələbəlik şəkillərimdəndir. Sənətinin ardınca gedənlər də oldu, getməyənlər də... Şəkildə gördüklərinizin içərisində hazırda müəllim işləyənlər də var.


Yəqin ki, bildiniz hansı tamaşadır. 22 ildir ki, Məcnunu olduğum bir tamaşa. 8 Leylim olub. Buradakı tərəf müqabilim isə Gülyaz Məmmədovadır. 

1998-ci il. O zaman Rəcəb Tayyib Ərdoğan İstanbulun meri idi. Biz orada türk opera axşamında Gülyaz xanımla çıxış edəndə bizə yaxınlaşıb şəkil çəkdirdi.

Heydər Əliyevlə səfərlərimizdən birindən çəkilən xatirə şəkli...

2007-ci ildə Həcc ziyarətinə getmək mənə də qismət oldu.

 

 

2001-ci il. Səyavuş Kərimi, Yalçın Adıgözəlov, Rasim Balayevlə Kiyev səfərimizdən. Maraqlı lətifə danışırlar hamımız eyni vaxtda gülmüşük, heç şəkildən xəbərimiz də olmayıb.

 

Aygün Bayramova ilə Amerika səfərimizdən çəkilən şəkil. Hafiz Paşayev o zaman Amerikadakı səfirimiz idi.

 

Cənab prezident İlham Əliyevin Ağdam səfəri zamanı çəkilən xatirə şəkli. O, məni həm də yubiley münasibətilə təbrik etdi.

 

Prezident İlham Əliyev və Mehriban xanım ilə xatirə fotosu. Xalq artistləri Arif Babayev, Nəzakət Teymurova  ilə birlikdə.

 

Dəyərli sənətkarlarımızla. Əlibaba Məmmədov mənim üçün mahnı da yazıb.

 

Akademiklər Arif Paşayev və Vasim Məmmədəliyevlə bərabər tədbirlərin birində çəkilib. 

 

Xalq artistlərimiz. Onları onsuz da təqdim etməyə ehtiyac yoxdur. Ağsaqallarımız Arif və Ağaxan müəllim, səhnəmizin gözəl xanımları Nəzakət və Aygün xanım ilə.

 

Millə Məclisin vitse-spikeri Ziyafət müəllim, Ali Attestasiya Komissiyasının sədri Arif müəllim və gözəl dirijorumuz Yalçın müəllim ilə birlikdə.

Konservatoriyanın rektoru Səyavuş Kərimi ilə Kiyevdəyik.

 

 

Ziyafət Əsgərovla... Xəbərsiz çəkilən şəkillər həmin anı özündə daha da gözəl əks etdirir.

 

Böyük alimimiz Rafiq Əliyev, yazıçı Seyran Səxavət və vəkil Aslan İsmayılov ilə.

 

Burada da çox tanınmışlar var. Amma yəqin ki, ilk diqqəti çəkən ağsaqqalımız Arif müəllim oldu.

 

İspaniyaya səfərimiz zamanı çəkilib. Əlində bayraq tutan xanım pianoçu Yeganə xanımdır.

2010-cu il. Hollivudda dostum Firuzla.

 

Misirə gedib ehramların yanında şəkil çəkdirməmək olarmı...

 

Rəmiş və Gülü ilə.

 

Böyük alimimiz Bəkir Nəbiyevlə. Dəyərli akademik idi...

 

Böyük şairimiz Zəlimxan Yaqubla. Allah can sağlığı versin.

 

Dəyərli fotolardan biri... Dəyəri ondadır ki, fotodakı insanların hamısı dəyəri ölçülməyəcək şəxslərdir.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevlə.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla.

 

Dəyərli xalq şairimiz Nəriman Həsənzadə ilə. Nəriman müəllimə uzun ömür arzulayırıq.

 

Bu da ki, mənim məşhur triom. Təqdimata ehtiyac varmı?.. Əməkdar artistlər Elçin Haşımov və Elnur Əliyev.

 

2008-ci il. Oğlumla Ağdamdayıq. İnşallah birlikdə Qarabağın bütün yerlərində şəkil çəkdirəcəyik.

Elmin Nuri

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?