Modern.az

Lalə Şövkətlə fotosöhbət

Lalə Şövkətlə fotosöhbət

Fotosöhbət

12 Noyabr 2010, 09:58

Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək Azərbaycan Tibb İnstitutuna daxil olub. 1974-cü ildə institutu bitirdikdən sonra internaturaya Sovet İttifaqının cərrahiyyə üzrə güclü elmi mərkəzi sayılan Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına Azərbaycan səhiyyə nazirliyi tərəfindən göndərilib.
1975-ci ildə həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V.V.Vinoqradovun rəhbərliyi ilə davam etdirib və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib.
37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyası müdafiə edərək o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olub və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib. Yüzdən çox elmi əsərin müəllifidir. Professordur.
1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H. Əliyev tərəfindən Bakıya dəvət olunmuş və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilib.
1994-cü ilin yanvarında istefa verib.
1995-ci il iyunun 3-də yaradılan Azərbaycan Liberal Partiyasının sədri seçilib. 7 iyun 2003-cü ildə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verdi və prezident seçkilərinə müstəqil namizəd, "Milli Birlik" Hərəkatın lideri kimi qatılıb.
2005-ci ildə parlament seçkilərində qələbə qazanan Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina etdi.  
2010-cu il parlament seçkilərinə qatılmayıb.
Sidqi adlı bir oğlu var.

1952-ci il. 1 yaşlı Lalə anası Siddiqə xanımın qucağında...

1953-cü il....2 yaş..

1957-ci il. İllər nə tez keçir...

1958-ci il. 7 yaşlı Lalə valideynlərilə birgə...

1972-ci il. Məşhur rəssam Səttar Bəhlulzadə ilə birgə...

1976-cı il. Lalə xanım müəllimi, dünya şöhrətli akademik V.V.Vinoqradovla...

1977-ci il. Atası Şövkət bəylə...

1979-cu il. 27 yaşlı Lalə və anası Siddiqə xanım...

1981-ci il. Qucağındakı dünyalar qədər sevdiyi oğlu Sidqidir...

1988-ci il. Ağ xalatlı həkim Lalə Hacıyeva...

1990-cı il. 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Heydər Əliyevlə birgə mətbuat konfransı keçirirlər.

1991-ci il. Oğlu Sidqi artıq böyüyüb...

1993-cü il. Azərbaycanın dövlət katibi postunda...

1993-cü il. Dövlət katibi Lalə Şövkət din xadimlərini qəbul edib...

1993-cü il. O, dövlət katibi kimi Gürcüstan prezidenti Şevardnadzeni Bakıda qarşılayır...

1993-cü il. Xarici səfərdən qayıdan Heydər Əliyevi Binə hava limanında qarşılayarkən. Şəkildəkilərin hamısı tanınmış simalardır.

1993-cü il. Ortadakı məşhur Əliş Ləmbəranskidir. Musiqili Komediya teatrının tikintisində...

1993-cü il. Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında...

1993-cü il. Azərbaycan prezident seçkilərinə hazırlaşır. Daxili İşlər Nazirliyindən seçkiqabağı görüşdən çıxarkən...

1993-cü il. Azərbaycanın o vaxtki siyasi elitası Heydər Əliyevi Moskvaya rəsmi səfərə yola salır...

1993-cü il. Hakimiyyət rəhbərləri Azərbaycanın yeni prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasiminə gəliblər...

Andiçmə mərasimində o da səhnədə dayanmışdı...

Lalə Şövkət yeni prezident Heydər Əliyevlə Şəhidlər xiyabanını ziyarət edir...

Dövlət katibi cəbhə bölgəsindəki N saylı hərbi hissədə əsgərlərin şəraiti ilə maraqlanır...

1993-cü il. Cəbhə xəttindəki səngərlərə baxış...

1993-cü il. Hələ vəzifədə olan Lalə Şövkət iqtidar-müxalifət dialoqu təşkil edib...

Dövlət katibi öz köməkçiləri ilə...

1995-ci il. Oğlu Sidqi ilə birgə...

1998-ci il. Ümummüxalifət yürüş-mitinqində...

1998-ci il. Müxalifət yenicə başa çatan prezident seçkilərinin nəticələrini müzakirə edir.

1999-cu il. İngiltərə.Uinston Çörçillin məzarının ziyarəti...

2001-ci il. Müxalifətin Azərbaycan Müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş tədbiri.

2002-ci il. Azərbaycanın görkəmli yazıçı Əzizə Cəfərzadə ilə onun sonuncu ad günündə...

2003-cü il. Mərhum Əbülfəz Elçibəyin anma günü...

2003-cü il. Lalə Şövkət prezidentliyə namizəd kimi Bərdədə görüş keçirir...

2005-ci il. Vaşinqton...

2005-ci il. İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovla görüşdə...

2005-ci il. Dünya şöhrətli alim Azad Mirzəcanzadənin sonuncu ad günü.

2005-ci il. Liberal Partiyası "Azadlıq" Seçki Bloku ilə saziş imzalayır.

2005-ci il. Deputatlığa namizəd Lalə Şövkət Bakıda seçicilərlə görüşə gəlib...

2005-ci il. "Qələbə"də müxalifətin 3-cü birgə mitinqində...

2006-cı il. Liberal partiyanın fəalları Lalə xanımın ad gününə yığışıblar...

2007-ci il. Şəhidlər xiyabanında...

2007-ci il. KİV redaktorlarının toplantısında...

2009-cu il. Oğlu ilə birgə M.Ə.Rəsulzadənin abidəsini ziyarətə gəlib.

2009-cu il. Mərhum xalq şairi Bəxtiyar Vahabzadə ilə vida mərasimi. Lalə Şövkət şairin həyat yoldaşına başsağlığı verir.

2009-cu il. Türkiyənin "Haber Türk" agentliyinin müxbiri Sevil Küçükkoşuma müsahibə verərkən...

2009-cu il. ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorellə görüş...

Lalə Şövkət və oğlu Sidqi bəy...

Ad günündə lentə alınmış an...


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub