Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. MDB-nin «Sodrujestvo» ordeninə və Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülüb. Kiyev Milli Universitetinin fəxri doktorudur. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvüdür. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi.
1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.
1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiri idi.
Yeni Azərbaycan Partiyası sədrinin müaviniydi.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb. 3 övladı var.
|
Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin tələbəsi olarkən... |
|
Gənc Murtuz tələbə yoldaşlarının əhatəsində (tən ortada əyləşib). |
|
Universitet yataqxanasında (sağdan 1-ci). |
|
Unudulmaz o illər... Onun tar çalmağı da olub... |
|
Ömrün bahar çağında... |
|
Gənc Murtuz Ələsgərov artıq universitetin müəllimidir. |
|
Ailə üzvlərilə birgə... |
|
Murtuz müəllim auditoriyada... |
|
Pedaqoji fəaliyyətin rektor zirvəsində... |
|
Murtuz müəllimim həyat yoldaşı Nabat xanım nəvələriylə birgə... |
|
Ömür-gün yoldaşı Nabat xanımla... |
|
Türkiyə Cümhuriyyətinin o zamanki prezidenti Əhməd Necdət Sezərlə... |
|
Spikertin 70 yaşı tamam olub. Deputatlar onu təbrikə gəliblər. |
|
İran prezidenti Məhəmməd Xatəmi ilə... |
|
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XVII plenar sessiyasında. |
|
Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Aytac Yalman Milli Məclisin spikerinin qəbulunda. |
|
Vatikan dövlətinin nümayəndə heyəti Milli Məclisdə. |
|
Professor İhsan Doğramacı ilə... |
|
Soldakı Moskva şəhərinin əvvəlki meri Yuri Lujkov, sağdakı Azərbaycanın Rusiyadakı sabiq səfiri Ramiz Rizayevdir. |
|
Heydər Əliyevlə birgə... |
|
Çində səfərdə olarkən... |
|
Spiker Murtuz Ələsgərov məcburi köçkünlərlə görüşdə... |
|
Şəhidlər Xiyabanında... |
|
8 mart bayramında xanım deputatları təbrik zamanı... |
|
Milli Məclisin sədrinə jurnalistlərin sualları həmişə çox olur... |
|
BMT Baş katibinin müavini Antonio Maria Kosta ilə.. |
|
Prezident İlham Əliyevlə birlikdə... |
|
Murtuz Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Böyük Britaniyada. |
|
Murtuz Ələsgərov öz xanımı ilə prezident seçkisinin səsverməsinə gedir... |
|
Murtuz Ələsgərov xanımı, oğlanları, gəlinləri və nəvələriylə... |
|
İki spiker: biri keçmiş, o biri indiki... |
|
Ömrün ahıllıq çağı.... |