Modern.az

“Fraksiya ilə bağlı yeni sənəd hazırlanır"

“Fraksiya ilə bağlı yeni sənəd hazırlanır"

Təhsil

1 Dekabr 2014, 13:27


“Məlumdur ki,  burada əsas müzakirə Qubad İbadaoğlunun tərafdarları arasında gedir. Fraksiyada  əsas partiyadan  narazı qüvvələr toplaşacaq. Həm qarşı tərəf, həm bizim tərəf fraksiyanı hansı formada təşkil olunması yönündə fikirlər səsləndiririk”.

Bunu Modern.az saytına Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı deyib. O, özünün gündəmə gətirdiyi Müsavat Partiyasında fraksiya yaratmaq barədə işlərin aparılmasından danışarkən bildirib ki, bununla bağlı yeni sənədin hazırlanması gözlənilir. Tural Abbaslı söyləyib ki, dekabrın 3-də bununla bağlı iclas olacaq. Onun sözlərinə görə həmin vaxta qədər Qubad İbadoğlu fraksiya ilə bağlı ilkin sənəd üzərində işləyəcək.  

“Sənəddə  fraksiyanın forması, strukturu, idarə forması, məqsədləri, hədəfləri, toplaşma qaydaları, səs vermə qaydaları və sair idarəçilik formaları əks olunacaq. Sənəd hər iki  iki tərəfin iştirakı ilə müzakirə olunacaq. Müzakirələrdən sonra  ilkin addımlar atılacaq.   Biz çalışdıq ki, konkret sənəd üzərində  işləyək.

Lakin  Qubad İbadoğlunun tərəfində olan insanlar arasında bəzi fikir ayrılıqları var. Bu  fraksiyanın yaranmasına təhlükə yarada bilər. Biz seçkinin metodundan narazı deyilik. Sadəcə idarəetmədən, başqanlıq metodundan narazıyıq. Bir fikirə gəlməyə çalışırıq. Əgər fraksiya yaransa, faydalı olacaq. Əgər bizim dedyimiz fraksiya yaranmasa, başqa formalar düşük. Partiyadaxili fikir azadlığı, sərbəstliyi üçün çalışırıq. Hələlik fraskiyanın yaranması üçün xüsusi  problem yoxdur”,-deyə Tural Abbaslı bildirib.  

Məltəm Talıbzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU