Azərbaycanın Gəncə şəhərində dəhşətli yol-nəqliyyat qəzası qeydə alınıb.
Hadisə bu gün saat 18:00 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib.
57 BT 795 dövlət nömrə nişanlı “VAZ-21015” markalı avtomobillə 40 BD 971 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları müəyyənləşdirilir. /apa.az/
Modern.az