Modern.az

“Günəşli" yatağındakı insidentin təfərrüatları AÇIQLANDI      

“Günəşli" yatağındakı insidentin təfərrüatları AÇIQLANDI         

26 Sentyabr 2016, 15:31

Yanğınsöndürmə gəmiləri "Günəşli"dəki quyuda qaz təzahürünün qarşısını alır.

 

Fövqəladə Hallar Nazirliyindən  (FHN) Modern.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.

 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixır-5" və "Vixır-7" yanğınsöndürmə gəmiləri özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıb.

 

Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

 

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!