Modern.az

“Polislərin maaşı artırılsın” - TƏKLİF

“Polislərin maaşı artırılsın” - TƏKLİF

Hadisə

16 Noyabr 2016, 13:58

“Polis sıravisi alır 420 manat, polis zabiti isə 480 manat maaş alır. İndiki devalvasiyalar dövründə isə bu maaş polisin ləyaqətli həyat səviyyəsini təmin etmək üçün bəs deyil”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkü iclasında deyib.

Deputat bildirib ki, dövlətin strateji sahələrindəki qulluqçuların maaşı artırılmalıdır: “Başa düşürük ki, müharibə vəziyyətindəyik, çətin dövrdür. Amma dövlətin elə strateji sahələri var ki, orada çalışan insanların əmək haqqları artırılmalıdır”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər