Modern.az

300-dən çox köçkün 36 manatlıq müavinətdən İMTİNA ETDİ

300-dən çox köçkün 36 manatlıq müavinətdən İMTİNA ETDİ

2 Fevral 2017, 10:54

Azərbaycan Prezidenti İlham Əliyevin  “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanı məcburi köçkünlər tərəfindən  onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu  addım kimi yüksək qiymətləndirilir.


Bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, “Dövlətqaçqınkom”a edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir.


Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin Modern.az-a verdiyi məlumatda bildirilib.


“Komitəyə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək,  vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər.


“Dövlətqaçqınkom”a əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub”.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI