Modern.az

Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı öldürüldü - FOTO

Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı öldürüldü - FOTO

25 İyul 2018, 14:29

Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən daha bir şəxs məhv edilib. 

Hüquq-mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, Gəncə şəhər sakini Ağa Hüseyn oğlu Sərxani silahli müqavimət göstərdiyinə görə öldürülüb. O, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışa verilmişdi.

Məlumata görə, Ağa Sərxani Yunis Səfərovla birlikdə Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən biridir.

Müəyyən edilib ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər