Modern.az

Binəqədi İcra Hakimiyyətində şöbə müdirləri dəyişdi - ƏMR

Binəqədi İcra Hakimiyyətində şöbə müdirləri dəyişdi - ƏMR

Hadisə

3 Dekabr 2018, 15:55

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinə yeni müdir təyin olunub.

 

RİH-dən Modern.az-a verilən məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə Nicat Elman oğlu Allahverdiyev İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

 

N.Allahverdiyev bu vəzifəyə qədər Binəqədi RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.

 

İcra başçısının digər əmri iləAynur Hüseyn qızıQuliyeva İnformasiya təminatı və təhlil sektorunun müdiri təyin olunub.

A.Quliyeva isə buna qədər Binəqədi RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində dəftərxana işinin aparıcı məsləhətçi vəzifəsində çalışıb.

 

Xatırladaq ki, sabiq icra başçısı Xaləddin İsgəndərovun 2015-ci ilin oktyabr ayında  Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir vəzifəsinə təyin etdiyi Elman Dadaşovu bu ilin noyabr ayında yeni icra başçısı Elxan Allahverdiyev işdən azad edib.

 

Mail Ağaxanov

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI