Modern.az

Şair Murad Köhnəqala həbs edildi  

Şair Murad Köhnəqala həbs edildi  

Hadisə

12 İyun 2019, 16:21

Tanınmış şair Murad Köhnəqala həbs edilib.

Modern.az saytı xəbər verir ki, bu barədə onun həyat yoldaşı Şəlalə Göytürk sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, Murad Köhnəqalanı birinci həyat yoldaşı aliment ödəmədiyi üçün Tovuz rayon Məhkəməsinə verib və məhkəmə şairin həbsi barədə qərar çıxarıb:

"Tovuz Rayon Məhkəməsi Murad Köhnəqalanı həbs etdi. İşsiz, gücsüz, himayəsində körpə uşağı olan bir adamdan 12 min manat aliment tələb edirlər. Yaşları 20-dən yuxarı əqli və fiziki qabiliyyətləri olan 3 adam - Muradın keçmiş həyat yoldaşı və qızının tələbləri ilə məhkəmə bu cür ədalətsizliyə, vicdansızlığa qərar verdi.

Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan 12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi