Modern.az

Peterburqda 46 yaşlı azərbaycanlı 19 yaşlı gəncin ölümündə təqsirləndirilir

Peterburqda 46 yaşlı azərbaycanlı 19 yaşlı gəncin ölümündə təqsirləndirilir

Hadisə

1 Avqust 2019, 09:06

Rusiyanın “şimal paytaxtı” Sankt-Peterburqda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü azərbaycanlı iyulun 31-u gecə saat 00:30 radələrində “Ford Mondeo” markalı avtomobillə 19 yaşlı gənci vurub.

Kolomyajsk prospektində baş verən hadisə zamanı piyadanın yolu qadağan olunmuş yerdə keçmək istədiyi aydın olub.

 

46 yaşlı azərbaycanlı sürücü saxlanılıb və barəsində cinayət işi açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi