London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı 57 yaşlı Zamirə Hacıyevanın işi ilə bağlı son nöqtəni qoyub.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Hacıyeva 10 il ərzində Londonun məhşur dükanı Harrods-da 21 milyon dollar xərcləyib. Bundan başqa, o 2013-cü ildə Berkşir qraflığının Askot kəndində 10 milyon funt sterlinqə (12,15 milyon dollar) malikanə alıb. 57 yaşlı Hacıyevanın məhkəmə işi zamanı rəsmən işsiz olması, buna baxmayaraq Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) şəxsi istifadə üçün “Gulfstream G550 Jet” təyyarəsi aldığı da üzə çıxıb.
Dükanlarda xərclənən vəsait hüquq-mühafizə orqanlarını və məhkəməni maraqlandırmasa da, "İzahedilməmiş Sərvət Sərəncamı"nın şərtlərinə əsasən o, onmiyonolarla dollar hesabına Londonun Kinghtbridge səmtində və Askot kəndində aldığı onmilyonlarla dollar dəyərində əmlakını hansı pullarla aldığını göstərməlidir.
Maliyyə vəsairinin mənşəyini yaxın 1 həftə ərzində göstərməsə, Zamirə Hacıyevanın həmin əmlakları müsadirə olunacaq və açıq aksionda satışa çıxarılacaq. Satışdan əldə olunmuş gləirlər isə Böyük Britaniya büdcəsinə daxil olacaq. Amma pulun mənbəyi göstərilsə, Milli Cinayət Agentliyi həmin sənədləri 60 gün ərzində öyrənərək əmlakın mənimsənilməsi yaxud geri qaytarılması barədə yekun qərar verəcək.
Amma əmlakın mənimsənilməsinə baxmayaraq, "İzahedilməmiş Sərvət Sərəncamı" adlnana qanun mülki xarakterlidir və Zamirə Hacıyevaya qarşı ittihamların irəli sürülməsini nəzərdə tutmur.