“7 fevral tarixində Quba rayonun Qalxun kəndində, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır”.
Bu barədə Modern.az-a danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı var:
“Bu səbəbdən də FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, ot tayalarının alışması nəticəsində meydana gələn yanğın,daha sonra alov yaxınlıqdakı evlərə keçib.