Modern.az

Quba-Bakı yolunda yük maşını qəza törətdi

Quba-Bakı yolunda yük maşını qəza törətdi

1 Mart 2020, 12:38

Bu gün Quba - Bakı magistral yolunda yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.

 

Modern.az-ın Şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Qaraçay kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, “60-AC-367” dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olarkən nəqliyyat vasitəsinin təkəri partlayıb.

 

Nəticədə, kənd təsərrüfatı gübrələri ilə yüklənmiş avtomobil yol kənarındakı maneəyə çırpılıb.

 

Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobilə və yükə ciddi ziyan dəyib. 

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi