Bakıda yanğın hadisəsi baş verib.
Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda “Maserati” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.