Rusiyanın Leninqrad vilayətinin Kinqiseppe şəhərində azərbaycanlı miqrant yerli sakinlə dalaşıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Oktyabsk küçəsində baş verib.
Polisin açıqlamasına görə 29 yaşlı Azərbaycan vətəndaşı və 40 yaşlı yerli sakin arasında məişət mübahisəsi zəmnində başlayan dava zamanı Rusiya vətəndaşı 1 gözünü itirib. Bundan başqa, onun kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri aldığı xəbər verilir.
Hazırda polis miqrantın axtarışlarını aparır.