Modern.az

Çörək qırıntısına görə qızı öldürən anaya hökm oxundu

Çörək qırıntısına görə qızı öldürən anaya hökm oxundu

3 Mart 2020, 11:44

Rusiyanın Omsk şəhərində çörək qırıntısına görə azyaşlı qızını öldürən anaya 13 il həbs cəzası verilib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 28 yaşlı qadın təqsirini boynuna almayaraq, hadisəni birgə yaşadığı kişinin törətdiyini iddia edib.

 

İstintaqın məlumatına görə, içkili 2 uşaq anası çörək yeyən qızını qırıntılara görə tənbeh edib. Bununla da kifayətlənmərəyək, çörəyin iri parçalarını zorla qızının ağzına soxmağa başlayıb. Nəticədə nəfəsi tıxanan qız boğularaq ölüb.

Bundan sonra qadın sevgilisi ilə birgə uşağın cəsədini basdırıb. Tezliklə, onun sevgilisi də alkoqolizmdən keçinib. Buna görə uşağın basdırıldığı yeri tapmaq mümkün olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi