Modern.az

Ötən günün “yol terroru” - 4 qəza, 6 ölü, 8 yaralı  

Ötən günün “yol terroru” - 4 qəza, 6 ölü, 8 yaralı  

3 Mart 2020, 13:05

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, martın 2-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi