Tərtər rayonunda yanğın olub.
Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 221 m² olan kənd icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları 80 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.