Modern.az

Bakıda səfirin otağı SOYULDU

Bakıda səfirin otağı SOYULDU

4 Mart 2020, 10:03

Bakıda səfirlik binası qarət edilib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada baş verib. Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.

 

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başladılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi