Modern.az

İlkin Süleymanovla bağlı yeni məhkəmə qərarı

İlkin Süleymanovla bağlı yeni məhkəmə qərarı

Hadisə

19 Mart 2020, 13:06

Nəsimi rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs müddətinin arıtırılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 

Bu barədə Modern.az-a məlumat verən İ.Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti uzadılıb:

 

“Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb”.

 

Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

 

İlkin Süleymanovun barəsində cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi