Modern.az

Xüsusi karantin rejimini pozan müxbir HƏBS EDİLDİ

Xüsusi karantin rejimini pozan müxbir HƏBS EDİLDİ

Hadisə

13 Aprel 2020, 12:02

Aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildrilib.

 

Qeyd edilib ki, ŞPŞ-də onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olması olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilmiş və 25 gün müddətində inzibati həbs olunub.

 

Qeyd edək ki, İbrahim Vəzirov "Kanal 24"ün müxbiridir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi