Modern.az

Karantin rejimini pozan 22859 sürücü CƏRİMƏLƏNDİ

Karantin rejimini pozan 22859 sürücü CƏRİMƏLƏNDİ

Hadisə

16 Aprel 2020, 09:52

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15 aprel 00:00-dan 16 aprel 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, ümumilikdə 1apreldən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi