Modern.az

“Ayın 9-u metro açılır” –Səsyazısına rəsmi REAKSİYA

“Ayın 9-u metro açılır” –Səsyazısına rəsmi REAKSİYA

Hadisə

6 May 2020, 16:56

“Whatshapp” messengerində Bakı metrosunun mayın 9-u sərnişinlər üçün açılacağına dair səsyazısı yayılıb.

 

Modern.az-ın məlumatına görə, səsyazısının “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev olduğu bildirilir.

 

“Stansiya rəisləri və müavinlərin nəzərinə! Ayın 9-u, yəni şənbə günü səhər saat 06:00-da metropoliten sərnişindaşıma fəaliyyətinə başlayır”.


Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, metropoliten hər an sərnişinlərə xidmət göstərmək üçün hazırdır:

 

“Xidmət rəisi də məhz bu hazırlıq komandasını səsləndirib. Bu komanda mayın 4-də də verilmişdi, amma metro açılmadı”.

 


B.Məmmədov deyib ki, bu barədə qərar olacaqsa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq:

 

“Biz bütün hazırlıqlrımızı görüb Operativ Qərargahın verəcəyi qərarı gözləyirik. Onlar nə vaxt desə, o vaxt da metro sərnişinlərin ixtiyarına veriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi