Modern.az

Vilyam Hacıyevin barəsində  4 aylıq həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

Vilyam Hacıyevin barəsində  4 aylıq həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

6 May 2020, 21:05

Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Modern.az  xəbər verir ki, məhkəmə prokurorluğun təqdimatını təmin edib. Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli Rayon İcra Hakimiyyətində (RİH) xüsusi əməliyyat keçirdiyi və RİH başçısı Vilyam Hacıyevin saxlanıldığı barədə məlumat yayılıb.

***

 

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hazırda Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat nəticəsində Vilyam Hacıyev saxlanılıb. 

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Vilyam Hacıyev İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi