Modern.az

Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü

Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü

14 Avqust 2020, 17:18

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, aktiv xəstə sayı 2 024 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, ötən müddət ərzində isə ümumilikdə 820 002 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu