Modern.az

Düşmən mövqeləri dayanmadan məhv edilir - Korpus komandiri

Düşmən mövqeləri dayanmadan məhv edilir - Korpus komandiri

2 Oktyabr 2020, 11:59

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Birliyinin komandiri, general-mayor Hikmət Həsənov ordunun döyüş hazırlığı ilə bağlı açıqlama verib.

 

Modern.az-ın  məlumatına görə, Azərbaycan Ordusunun döyüşə böyük ruh yüksəkliyi ilə atıldığını deyən birlik komandiri düşmən mövqelərinin dayanmadan məhv edildiyini deyib:

 

“Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir. Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu