Modern.az

DTX Qarabağda döyüşən PKK terrorçularının səsyazısını yaydı - AUDİO

DTX Qarabağda döyüşən PKK terrorçularının səsyazısını yaydı - AUDİO

Hadisə

6 Oktyabr 2020, 17:00

Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

 

Modern.az Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir ki, DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirili. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq, münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

 

Müvafiq materialları təqdim edirik.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu