Modern.az

Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

18 Oktyabr 2020, 10:00

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

Qeyd olunub ki, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

 

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu