Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4381 yeni yoluxma faktı qeydə alınıb, 3658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 167155 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 103550 nəfər müalicə olunaraq sağalıb, 1840 nəfər vəfat edib, aktiv xəstə sayı 61756 nəfərdir.
Ölkədə son sutka ərzində 16282, hazırkı dövrədək isə 1918866 test aparılıb.