Modern.az

Koronavirusdan sağalanların sayı yenə də 4 mini keçdi

Koronavirusdan sağalanların sayı yenə də 4 mini keçdi

Hadisə

13 Dekabr 2020, 15:22

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb, 4283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  39 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 175874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 111918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62034 nəfərdir.

 

Ölkədə son sutka ərzində 15059, hazırkı dövrədək isə 1953303 test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər