Modern.az

Tətil günlərində ictimai nəqliyyat işləyəcək - RƏSMİ

Tətil günlərində ictimai nəqliyyat işləyəcək - RƏSMİ

Hadisə

30 Dekabr 2020, 12:05

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinədək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, Yeni il tətili günlərdində də bu qərar əsas götürülməklə 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

 

"31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərimizin xidmətində olacaq".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu