Modern.az

Badamdardakı sürüşmənin səbəbi açıqlandı

Badamdardakı sürüşmənin səbəbi açıqlandı

Hadisə

28 Yanvar 2021, 23:36

Hazırda mütəxəssislər Badamdar yolunun 20-ci kilometrinin sağ yamacında baş vermiş sürüşmə ilə bağlı ilkin müşahidələr aparır.

 

Modern.az xəbər verir ki, bunu KİV-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

 

O bildirib ki, sürüşmə olan sağ yamacda çox böyük suxur kütləsi var:

 

"Həmin kütlə yolu keçmək şərtilə aşağı sürüşüb. Sürüşmə dilinin hündürlüyü minimal olaraq 90 santimetrdən artıqdır. Yolun aşağı sağ sahilində tikilmiş restoran binasının qarşı tərəfində bəzi dağıntılar baş verib. İlkin müşahidələrə görə yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar böyük axıntı kütləsininn təsiri ilə dayanıqlığını itirib və aşağı sürüşüb. Aşınma olan suxurlar islanmış suxurlardır. İlkin müşahidələrə görə sıxılmış kütlənin altından su sızmaları müşahidə olunur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər