Modern.az

Ermənistandan Azərbaycana 140 əsir İDDİASI

Ermənistandan Azərbaycana 140 əsir İDDİASI

29 Yanvar 2021, 11:12

Azərbaycan və Ermənistan dünən qarşılıqlı olaraq əsirləri dəyişdirdilər.

Modern.az xəbər verir ki, ötən gün 1 azərbaycanlı əsiri qaytaran rəsmi Yerevan ərazisində daha heç bir əsirin olmadığını bildirib.  

 

Eyni zamanda, Rusiyadakı diplomatik mənbə “RBK” telekanalına açıqlamasında erməni siyahılarına görə 140 nəfərin Azərbaycanda saxlanıldığıni iddia edib. Onlar arasında dekabrın ortalarında Xocavənd rayonunun Çaylaqqala kəndi istiqamətində saxlanılan 62 erməni terrorçunun da adı var.


Azərbaycan tərəfi həmin şəxslərin 10 noyabr üçtərəfli razılaşmasından sonra Xocavənd ərazisinə gəldiklərini, təxribat-diversiya hücumları təşkil edərək bir neçə hərbçi və mülki şəxsi öldürdüyünü açıqlamışdı.

 

Rusiya Xarici Siyasət və Müdafiə Şurasının Rəyasət Heyətinin sədri Fyodor Lukyanov regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılacağına şübhə etmir. Onun fikrincə, əsir və diversantlar məsələsi davamlı sülh əldə etmək üçün maneə ola bilməz.

“Ermənistan hazırda ağır vəziyyətdədir – müharibədə məğlubiyyət, siyasi böhran... İndi Ermənistan üçün blokadadan çıxmaq şansı yaranıb  və buna görə öhdəliklərin icrası strateji mütləqdir. Əsirlərlə bağlı məsələ çətin ki, buna ciddi maneə olsun”-deyə Lukyanov söyləyib.  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu