Modern.az

Ordumuzun 4 hərbçisi minaya düşdü - YENİLƏNİB

Ordumuzun 4 hərbçisi minaya düşdü - YENİLƏNİB

Hadisə

9 Fevral 2021, 14:16

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb.
 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 


"Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur",- Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, minaya düşənlərdən Kamil Duniyev polkovnik-leytenantdır.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?