Modern.az

Azərbaycanda daha 140 nəfər virusa yoluxdu - 3 nəfər öldü

Azərbaycanda daha 140 nəfər virusa yoluxdu - 3 nəfər öldü

11 Fevral 2021, 16:28

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 231649 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226119 nəfər müalicə olunaraq sağalıb, 3170 nəfər vəfat edib, aktiv xəstə sayı 2360 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7315 hazırkı dövrədək isə 2478223  test aparılıb. 

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər