Modern.az

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya OLUNDU

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya OLUNDU

22 Fevral 2021, 19:24

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Tərtər rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi müəyyənləşib. Nəticədə o, ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alıb.

 

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər