Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 237775 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 230116 nəfər müalicə olunaraq sağalıb, 3257 nəfər vəfat edib, aktiv xəstə sayı 4402 nəfərdir.
Ölkədə son sutka ərzində 8462, hazırkı dövrədək isə 2671613 test aparılıb.