Modern.az

Qanunsuz ov qurğuları məhv edildi

Qanunsuz ov qurğuları məhv edildi

21 Mart 2021, 10:51

Martın 20-də Ekologiya və Təbii sərvətlər Nazirliyi (ETSN) və Respublika Balıqçılar İttifaqı tərəfindən Baş Şirvan kanalının Ələt-Astar magistralı ilə kəsişdiyi nöqtədən Şirvan şəhəri istiqamətində 20 km kanal boyunca qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib.

 

Modern.az-ın məlumatına görə, reyd zamanı kanal boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar texnikanın köməyi ilə sudan çıxarılaraq məhv edilib. ETSN əməkdaşları tərəfindən qanunsuz yolla balıq ovlayan şəxslər barəsində inzibati protokollar yazılıb, cərimə olunublar.

 

Reyd zamanı Baş Şirvan Kanalında brakonyerlərin istifadə etdiyi 2 ədəd taxta qayıq aşkar olunub. Eyni zamanda, balıq ovu üçün istifadə olunan ventil və tor alətlərinin quraşdırılması məqsədilə 50 yerdə suyun axınının qarşısının dəmir tros vasitəsi quraşdırılan sualtı çəpərlər müəyyən edilib. Dəmir troslar kəsilib və onların üzərində olan vasitələr texnikanın köməyi ilə sudan çıxarılıb. Kanal sahilində bir brokonyer evi dağıdılıb. Qanunsuz balıq ovu üçün istifadə olunan ov alətləri -ventil və sintetik torlar yandırılaraq məhv edilib. 

 

Reyd zamanı dəmir trosların kəsilməsinə etiraz edən brokonyer barəsində protokol tərtib edilib. Həmin şəxsdən götürülən 3 kiloqramlıq kürülü çəki balığı diri olduğundan yenidən suya buraxılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər