Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.
İndiyədək ümumilikdə 250921 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 234382 nəfər müalicə olunaraq sağalıb, 3421 nəfər vəfat edib, aktiv xəstə sayı 13118 nəfərdir.