Modern.az

Cəbrayıla icazəsiz getmək istəyən şəxslər saxlanıldı

Cəbrayıla icazəsiz getmək istəyən şəxslər saxlanıldı

Hadisə

29 Mart 2021, 10:22

Cəbrayıl rayonunda işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş əraziyə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu “Mersedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb.

 

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər