Modern.az

Tərxis olunmasına 1 həftə qalan əsgər HƏLAK OLDU

Tərxis olunmasına 1 həftə qalan əsgər HƏLAK OLDU

Hadisə

30 Mart 2021, 17:38

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunin ölümü ilə bağlı məlumat yayılıb. 

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Bildirilib ki, hərbi qulluqçu İlkin Zöhrabov martın 22-də həlak olub.

Nazirlik faktla bağlı araşdırma aparıldığını bəyan edib.


Qeyri-rəsmi xəbərlərdə hadisənin Kəlbəcər rayonundakı "N" saylı hərbi hissədə baş verdiyi qeyd olunur.


Əsgər İlkin Ramin oğlu Zöhrabovun nəşi bu gün doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilib və torpağa tapşırılıb.

Məlumata görə, hərbi xidmətdən tərxis edilməsinə bir həftə qalan əsgər “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif edilibmiş 

Allah rəhmət eləsin...

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər