Modern.az

Kürdəxanıda piyadanı vurub öldürən sürücü SAXLANILDI

Kürdəxanıda piyadanı vurub öldürən sürücü SAXLANILDI

22 May 2021, 11:29

Mayın 20-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulov vurulmuş, sürücü hadisə yerini tərk edib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törətmiş qeyd edilən avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Məmmədov saxlanılıb. Araşdırma aparılır.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər