Modern.az

Tiflisdə soydaşımız kürdlərlə kütləvi davada qətlə yetirildi

Tiflisdə soydaşımız kürdlərlə kütləvi davada qətlə yetirildi

23 May 2021, 13:07

Gürcüstanın paytaxtı Tiflisin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, köhnə Xarpuki məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.

 

Hadisə zamanı bir neçə azərbaycanlı gəncin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.

 

Hadisənin digər detalları hələ məlum deyil.

 

 
 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər