Modern.az

Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi

Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi

Hadisə

24 İyun 2021, 18:00

İyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər