Modern.az

Yoluxanlar sağalanlardan azdır - bu gün 2 nəfər öldü

Yoluxanlar sağalanlardan azdır - bu gün 2 nəfər öldü

25 İyun 2021, 16:31

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 335741 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329959 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 815 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7728, hazırkı dövrədək isə 3713779 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər